“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq

Опубликовано: 19:28, 25.10.2025

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək. Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur. Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib. İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir. “Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub. The post “AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq appeared first on InfoCity.
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

iPhone 17 Pro Max müasir AAA oyunlarda sınaqdan keçirildi 13:28, 23 Сен iPhone 17 Pro Max müasir AAA oyunlarda sınaqdan keçirildi YouTube kanalı MrMacRight-ın müəllifi iPhone 17 Pro Max üzərində müasir konsol və kompüter AAA oyunlarını işə salaraq, smartfonun onları hansı keyfiy...

ChatGPT səs rejimi üçün böyük yeniləmə alacaq 19:28, 25 Окт ChatGPT səs rejimi üçün böyük yeniləmə alacaq OpenAI hazırda ChatGPT-nin səs rejimini təkmilləşdirmək üzərində işləyir — bu funksiya artıq ayrıca ekran interfeysi deyil, birbaşa əsas çat pəncərəs...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

Google: bütün Android-smartfonlar Apple AirDrop dəstəyini alacaq 10:28, 07 Фев Google: bütün Android-smartfonlar Apple AirDrop dəstəyini alacaq Keçən ilin payızında Google Pixel smartfonlarında iPhone-larla AirDrop vasitəsilə birbaşa məlumat mübadiləsi funksiyası istifadəyə verilmişdi. İndi i...

Rabalon və Hikvision Biznesinizdə Ağıllı Təhlükəsizlik Tədbirində Müasir Həlləri Tanıtdı 10:28, 17 Сен Rabalon və Hikvision “Biznesinizdə Ağıllı Təhlükəsizlik” Tədbirində Müasir Həlləri Tanıtdı Keçən həftə aparıcı İT inteqratoru Rabalon və qlobal təhlükəsizlik həlləri təminatçısı Hikvision, Marriott Boulevard Hotel Baku-da “Biznesiniz üçün A...