2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr

Опубликовано: 12:28, 18.02.2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2025-ci ildə qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib.


Bizneslərin texnoloji və dayanıqlı transformasiyasına dəstək. 2025-ci ildə Sənaye 4.0-a keçidi nəzərdə tutan “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” Proqramına start verilib.


Proqrama müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir.


Qiymətləndirmə nəticələrinə uyğun olaraq hər bir müəssisənin spesifik ehtiyacları nəzərə alınmaqla texnoloji transformasiya üzrə fərdi yol xəritələri hazırlanır.


Daha əvvəl proqramın pilot mərhələsini uğurla başa vurmuş “METAK”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiyasına dəstək göstərilib.


Hazırda həmin müəssisələr onlar üçün hazırlanmış yol xəritəsini icra edirlər.


Proqramın müəssisələrdə 5-8% arasında EBİTDA artımı yaradacağı gözlənilir. 2025-ci il ərzində sənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarında fəaliyyət göstərən daha 15 müəssisədə diaqnostika prosesi tamamlanıb və yerli və beynəlxalq tərəfdaşlarla birgə bu müəssisələr üçün yol xəritələri hazırlanıb.


Yol xəritələrinin icrası mərhələsində müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi təqdim olunacaq.


Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və resurslardan daha səmərəli istifadə kimi mühüm üstünlüklər qazandırır.


Bu yanaşma müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradır. 2030-cu ilə qədər 60-dan çox yerli müəssisənin rəqəmsal və dayanıqlı transformasiya prosesinə cəlb edilməsi hədəflənir.


Proqramda iştirak tamamilə ödənişsizdir və sənaye müəssisələri industry4.az platforması vasitəsilə proqram barədə məlumat əldə edə bilərlər.


İnsan kapitalının inkişafı. 4SİM 2025-ci ildə rəqəmsal iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə insan kapitalının inkişafına yönəlmiş layihələr həyata keçirib. 2023-cü ildə başlayan “4Sİ Akademiyası” çərçivəsində vətəndaşlarımız dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanmaq imkanı əldə edib.


Bu günədək 60 mindən artıq Azərbaycan vətəndaşı platformada süni intellekt, proqramlaşdırma, data analitikası və digər müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb.


Vətəndaşlar “Coursera” onlayn təhsil platformasında 260 mindən çox təlimə müraciət ediblər.


Təlimləri uğurla keçənlər 90 mindən çox beynəlxalq sertifikat alıblar. “4Sİ Akademiyası” çərçivəsində 2025-ci ilin aprel ayından start götürən “Milli Proqram” rəqəmsal bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsi, həmçinin iştirakçılara öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradıb.


Azərbaycan vətəndaşları “Coursera” platformasında yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq dünyanın 375-dən çox aparıcı universitet və texnologiya şirkətlərinin 13 mindən çox təliminə ödənişsiz çıxış əldə edib. 2026-cı ildən bu kursların sayı 18 minə çatdırılıb.


İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı “deep fake” texnologiyası ilə dublyaj olunub.


Eyni zamanda, “Milli Proqram”ın interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.


Proqram ölkənin bütün regionlarını əhatə edir, 2026-cı ilin aprel ayınadək ümumilikdə 70 min vətəndaşın proqramdan faydalanması nəzərdə tutulub.


İstifadəçilərin əsas hissəsi 21-30 yaş arasında olsa da, proqram müxtəlif yaş qruplarını əhatə edib.


Belə ki, proqramın ən gənc iştirakçısı 8, ən yaşlı iştirakçısı isə 87 yaşındadır.


Eyni zamanda, proqram istifadəçilərinin 56%-ni qadınlar təşkil edir.


İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən digər mühüm təşəbbüs 4SİM tərəfindən icra olunan təcrübə proqramlarıdır.


Ötən il 5 belə təcrübə proqramı çərçivəsində 500-dən artıq gənc rəqəmsal iqtisadiyyat, layihələrin idarəolunması, data analitikası, süni intellekt və digər qabaqcıl texnoloji sahələr üzrə müxtəlif layihələrdə iş təcrübəsi qazanıb.


Proqram iştirakçıları əldə etdikləri praktiki bacarıqlar sayəsində əmək bazarında rəqabət qabiliyyətlərini artırıblar.


Beynəlxalq əməkdaşlıq. 4SİM insan resurslarının inkişafı sahəsində ötən il daha bir layihənin icrasına start verib.


Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi çərçivəsində ölkənin əmək bazarında mövcud bacarıq boşluqlarının aradan qaldırılması məqsədilə kompleks fəaliyyət planı hazırlanacaq.


Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihə əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcək.


Eyni zamanda, 4SİM davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində süni intellekt texnologiyalarının enerji səmərəliliyində tətbiqi istiqamətində yerli tərəfdaşlarla birgə 40 praktik həll formalaşdırıb.


Bu həllər Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi “Süni intellektin enerji paradoksu” adlı hesabatda əksini tapıb. 2026-cı ilin yanvar ayında Davos Forumu çərçivəsində 4SİM 3 müxtəlif panel sessiyasında təmsil olunub.


İlk dəfə Forum çərçivəsində 4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi:


Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil edilib, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb. 2026-cı ildə 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək.


The post 2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr appeared first on InfoCity.


2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

TikTok rəqəmsal rifah məkanını istifadəyə verir 08:28, 23 Ноя TikTok rəqəmsal rifah məkanını istifadəyə verir Videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok istifadəçilərinin rəqəmsal rifahına diqqət yetirməyə davam edir və tətbiqdə “V...

SİMA və Yelo Bankdan yeni rəqəmsal imkanlar 04:28, 16 Авг SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar SİMA Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3 müxtəlif xidmətinə inteqrasiya edilib. Bunlar məsafədən bank hesabının açılması, onlay...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

Türk Dövlətlərinin Ortaq Buludu: Rəqəmsal Suverenlik və Təhlükəsizlik 11:28, 17 Ноя Türk Dövlətlərinin Ortaq Buludu: Rəqəmsal Suverenlik və Təhlükəsizlik Bir zamanlar xəyalını qurduğumuz böyük Türk dünyasının təşkilatlanması və birliyi, artıq xəyal olmaqdan çıxaraq reallığa çevrilməyə başlayıb. Əsası 2...

Valve CS2 ilə bir ildə 1 milyard dollardan çox qazandı 19:28, 17 Янв Valve CS2 ilə bir ildə 1 milyard dollardan çox qazandı Valve şirkətinin Steam sayəsində on milyardlarla dollar qazandığı heç kim üçün sirr deyil. Mağazada şirkətin öz oyunları barmaqla sayılacaq qədər az ...

Analitiklər: 2026-cı ildə smartfonlar ciddi şəkildə bahalaşacaq 08:28, 23 Ноя Analitiklər: 2026-cı ildə smartfonlar ciddi şəkildə bahalaşacaq Counterpoint Research-in yeni hesabatına görə, yaxın gələcəkdə elektronika bazarını xoşagəlməz bir tendensiya gözləyir. Analitiklərin proqnozuna əsas...

Azərbaycanın əsas rəqəmsal mükafatı NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir! 19:28, 25 Окт Azərbaycanın əsas rəqəmsal mükafatı NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir! Azərbaycanda NETTY2025 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 140-dən çox layihə təqdim olunub. 2025-cü ildə NET...

Apple-in 2026-cı ildə təqdim edəcəyi cihazların siyahısı məlum olub 13:28, 06 Ноя Apple-in 2026-cı ildə təqdim edəcəyi cihazların siyahısı məlum olub Gələn il Apple şirkəti 50 illik yubileyini qeyd edəcək və Bloomberg-in məlumatına görə, bu münasibətlə “çox maraqlı yeniliklər” hazırlanır. Artıq int...

01:28, 17 Авг 2026-cı ildə Apple Watch qan təzyiqini izləyəcək və daha dəqiq olacaq DigiTimes-in hesabatına görə, Apple Watch-un hazırkı nəsli gözləniləndən 10% yüksək satışlar göstərir. Bu uğurun fonunda Apple 2026-cı ildə ağıllı sa...

00:28, 23 Янв Siri yerini Campos-a verir — Apple 2026-cı ildə ilk tamhüquqlu çat-botunu təqdim edəcək Apple nəhayət ki, süni intellekt sahəsində böyük addım atmağa hazırlaşır. Şirkət Siri-ni köklü şəkildə yeniləyərək, onu Campos kod adı altında ilk ta...

21:28, 23 Янв İlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa çıxarılacaq İlon Mask bəyan edib ki, süni intellekt və robotlar bəşəriyyət tarixində görünməmiş iqtisadi sıçrayış yaradacaq. Tesla rəhbəri eyni zamanda Optimus h...