“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Опубликовано: 19:28, 28.08.2025

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər. H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb. O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb. 10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq. Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır. Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur. The post “Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq appeared first on InfoCity.
“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq 04:28, 29 Дек İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq İlon Mask X sosial şəbəkəsində səsləndirdiyi iddialı açıqlamada bildirib ki, onun xAI şirkəti beş ildən də az vaxt ərzində dünyadakı bütün digər data...

İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq 15:28, 25 Янв İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq Çinin UBTech şirkəti insanabənzər robotların inkişafında növbəti ciddi mərhələyə qədəm qoyur. Elektronika sahəsində uğurlu sınaqlardan sonra humanoid...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

AzInTelecom tərəfindən 65 minə yaxın IMEI koda klon statusu verilib 10:28, 11 Мар “AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə...