“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır

Опубликовано: 21:28, 28.08.2025

Azərbaycanda yeni yaradılmış “AZINCLOUD” – ictimai bulud platforması istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edir. Böyükhəcmli və mürəkkəb məlumatların idarə olunması, emalı və təhlükəsiz saxlanılması müasir dövrdə bizneslərin qarşısında dayanan əsas çağırışlardan biridir. Məlumat itkisi isə şirkətləri ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Məhz bu ehtiyacları qarşılamaq üçün yaradılan azincloud.az saytında istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edilir. Artıq bir neçə aydır ki, istifadədə olan platforma vasitəsilə kiçik və orta bizneslər, eləcə də fərdi istifadəçilər məlumatlarını virtual serverlərdə yerləşdirərək daha təhlükəsiz mühitdə saxlaya bilirlər. “AZINCLOUD” platformasının əsas üstünlükləri: Böyükhəcmli datanın təhlükəsiz saxlanılması; Məlumat itkisi risklərinin minimuma endirilməsi; Məlumatların ölkə daxilində saxlanılması; Xərclərin izlənməsi və optimallaşdırılması üçün hesabat imkanları; Sadə interfeys üzərindən xidmətlərin seçilməsi. Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər. “AZINCLOUD” haqqında Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yardılıb. Platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən azincloud.az istifadəçilər üçün 24/7 əlçatandır. Sadəcə veb-sayta daxil olub qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində “bulud” infrastrukturunu formalaşdırmaq mümkündür. “AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. The post “AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır appeared first on InfoCity.
“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

AZINCLOUD ilə öz bulud infrastrukturunu yarat! 04:28, 29 Дек “AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat! AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin “AZINCLOUD” xidməti istifadəçilərə öz bulud infrastrukturlarını yaratmağa imkan verir. Bunun ...

Облачные услуги AZINCLOUD  доступны 24/7 21:28, 28 Авг Облачные услуги «AZINCLOUD» — доступны 24/7 В Азербайджане запущена новая облачная платформа «AZINCLOUD», предоставляющая пользователям надежные и гибкие решения в сфере облачных технологий. Со...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

Возможность создания собственной облачной инфраструктуры в AZINCLOUD 04:28, 29 Дек Возможность создания собственной облачной инфраструктуры в AZINCLOUD Платформа AZINCLOUD, предоставляемая ООО «AzInTelecom», одной из компаний AZCON Holding, позволяет пользователям создавать собственную облачную инфра...