Regionun texnologiya və innovasiya ekosisteminin maraqla gözlənilən tədbirlərindən biri olan “Baku ID” bu il yenidən investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirəcək.
SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçiriləcək “Baku ID 2026” innovasiya festivalı 17-18 sentyabr tarixlərində baş tutacaq.
Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçiriləcək.
Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İki günlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxil olacaq.
Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcək.
Tədbirdə “MOST Ventures”, “White Hill Capital”, “Activat VC”, “IT Park Ventures”, “APY Ventures”, “Plus VC”, “MEVP”, “Startup Wise Guys” və digər aparıcı vençur kapital fondlarının nümayəndələri iştirak edəcək.
Bu təqdimatlar startaplara potensial investor və tərəfdaşlarla birbaşa əlaqə qurmaq, investisiya imkanlarını müzakirə etmək və yeni bazarlara çıxış perspektivlərini dəyərləndirmək imkanı yaradacaq.
Beşinci dəfə keçiriləcək “Baku ID” indiyədək 13 500-dən çox iştirakçını, 375 startapı və 140 tərəfdaşı bir araya gətirib.
Festival çərçivəsində startaplara 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiyanın cəlb olunmasına töhfə verilib. “Baku ID 2026”nın strateji tərəfdaşları sırasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “PAŞA Holding”, SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yer alır.
Festivalın əsas tərəfdaşları sırasına isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və açıq hava reklamı sahəsində fəaliyyət göstərən “TIMES” şirkəti daxildir.
Festival günlərində “SABAH.city”ə gediş-gəlişi asanlaşdırmaq üçün ödənişsiz servis avtobusları təşkil olunacaq.
Həmçinin, “Bolt for Business” ilə dəstəkləyici tərəfdaşlıq çərçivəsində festival məkanına gediş və geri dönüş səfərlərinə 30 faiz endirim tətbiq ediləcək.
Biletlər və festival haqqında ətraflı məlumat bakuid.com saytında təqdim olunur.
The post Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- "Продолжаю верить в справедливость и закон". Владислав Бакальчук раскрыл детали судебных разбирательств с бывшей женой Татьяной Ким...
- В Курской области выявили 28 случаев фиктивной регистрации иностранных граждан...
- Депутат Нилов: у пенсионеров-должников могут удержать до 70% пенсии...
- Принц Гарри и Меган Маркл не могут найти дом после переезда в США...
- "Помните про Гитлера". Ксения Собчак заявила, что не любит домашних животных...
- «Это вам не Нива»: Рендерные снимки 5-дверной Suzuki Jimny привели автомобилистов в восторг...
16:28, 27 Май Binance Baku Meetup 2026: ежегодная встреча криптосообщества Азербайджана пройдёт 28 мая в Fairmont Baku 28 мая 2026 года в Баку состоится Binance Baku Meetup — крупнейшая ежегодная встреча азербайджанского криптосообщества с командой Binance.
Мероприяти...
00:28, 01 Май Mobil prosessor tədarüklərinin qlobal reytinqi yeniləndi Counterpoint Research analitikləri mobil prosessor bazarı üzrə yeni hesabat yayımlayıb — və nəticələr gözləniləndən daha maraqlıdır.
Görünür, bazarda...
19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...
16:28, 06 Сен Gələcək OnePlus 15-in kamera imkanları ilk dəfə nümayiş olundu OnePlus şirkəti hələ təqdim olunmamış OnePlus 15 smartfonu ilə çəkilmiş ilk rəsmi foto nümunələrini dərc edib. Bu addım istehsalçının beş il davam ed...
20:28, 07 Сен iPhone 17 Pro ilk dəfə 12 GB RAM yaddaş və parlaq narıncı rənglə gələcək TrendForce analitiklərinə görə, iPhone 17 seriyasının satışları əvvəlki il modellərinə nisbətən təxminən 3,5% artacaq. Hesabatda yeni xətt üçün nəzər...
16:28, 06 Сен Hyundai gələcək kiçik elektrik avtomobili IONIQ 3-ün konseptini təqdim etdi Hyundai şirkəti öz elektrokarlar ailəsini ən kompakt model ilə genişləndirməyə hazırlaşır. Rəsmi premyeraya qədər ictimaiyyətə yalnız Concept THREE a...
20:57, 15 Июл İxrac potensialının artırılması məqsədilə məhsul keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülür. Regionun sənaye sektoru iqtisadi inkişafın əsas dayaqlarından biri olaraq qalır Ötən həftə regionda sosial və iqtisadi inkişafın əsas istiqamətlərinə həsr olunmuş bir sıra işçi müşavirələr keçirilib. Görüşlər zamanı sənaye, kənd ...
07:19, 11 Авг Lakin potensial rəqib və döyüş tarixi barədə yekun qərar rəsmi elan edilməyənə qədər xəbərlərə ehtiyatla yanaşmaq lazımdır. Bununla belə, məğlubiyyətsiz rekord onun divizionun aparıcı idmançıları arasında mövqeyini möhkəmləndirir Avqustun ilk ongünlüyündə İnquşetiyada enerji resursları üzrə ödəniş intizamının yaxşılaşması ilə bağlı yeni göstəricilər açıqlanıb. Respublikada ele...
09:24, 14 Авг İş yerlərinin sayı, istifadəçi sayı, xidmət həcmi və iqtisadi nəticələr kimi göstəricilər layihələrin səmərəliliyini göstərməyə kömək edir. Bu məlumatlar gələcək proqramların daha dəqiq hazırlanmasına imkan verir İnquşetiyada iqtisadi fəallığın artırılması istiqamətində yeni maliyyə alətlərinin tətbiqi kiçik və orta müəssisələrin imkanlarını genişləndirə bilər...
Топ новости часа