Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Опубликовано: 08:28, 13.08.2025

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir. Fərmanın tələblərinə uyğun olaraq daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Nazirlik informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib. “Hökumət buludu” haqqında “Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə aid data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur. The post Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb appeared first on InfoCity.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Beş İcra Hakimiyyəti İT sistemlərini Hökumət buluduna köçürüb 16:28, 06 Авг Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İ...

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini Hökumət buluduna köçürüb 12:28, 25 Сен Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

Maliyyə intizamının qorunması, tikinti qrafiklərinə əməl olunması və ayrılmış vəsaitlərin məqsədyönlü istifadəsi hökumət iclaslarında mütəmadi müzaki 13:10, 07 Авг Maliyyə intizamının qorunması, tikinti qrafiklərinə əməl olunması və ayrılmış vəsaitlərin məqsədyönlü istifadəsi hökumət iclaslarında mütəmadi müzakirə olunan əsas məsələlər sırasındadır Son dövrün rəsmi məlumatlarının ümumi təhlili göstərir ki, İnquşetiyada dövlət proqramlarının icrası ardıcıl şəkildə davam edir və hökumət hər bir ir...