GTA VI-nın satışa çıxışı oyun sənayesində böyük maliyyə rekorduna çevrilib.
Sensor Tower-in məlumatına görə, ABŞ vaxtı ilə noyabrın 19-u axşamına qədər oyunun əvvəlcədən sifarişlər də daxil olmaqla rəqəmsal satışları 24,6 milyon nüsxəyə çatıb.
Bu satışlar təxminən 2,36 milyard dollar gəlir gətirib.
Sensor Tower-in videooyun analitikası üzrə baş vitse-prezidenti Karl Kontus Deadline-a açıqlamasında bildirib ki, layihə yalnız öncədən sifarişlər hesabına 2 milyard dollardan çox gəlir əldə edib.
Satışların əsas hissəsi PlayStation 5 istifadəçilərinin payına düşüb: bu platformada 18,44 milyon nüsxə satılıb və 1,77 milyard dollar gəlir əldə olunub.
Bu, ümumi satışların təxminən 75%-idir.
Xbox Series X|S istifadəçiləri isə 6,15 milyon nüsxə alaraq 588 milyon dollar xərcləyiblər.
Bu nəticələr seriyanın əvvəlki oyunu GTA V-in göstəricilərini xeyli geridə qoyur.
Guinness Rekordlar Kitabının məlumatına əsasən, 2013-cü ildə PlayStation 3 və Xbox 360 üçün satışa çıxan GTA V ilk 24 saat ərzində 11,21 milyon nüsxə satılmış və 815,7 milyon dollar gəlir gətirmişdi.
Beləliklə, GTA VI əvvəlcədən sifarişlər də nəzərə alınmaqla satılan nüsxələrin sayına görə sələfini iki dəfədən çox, gəlir baxımından isə təxminən üç dəfə üstələyib.
Gəlirin artmasına son on ildə oyunların qiymətinin yüksəlməsi də təsir edib.
GTA VI-nın standart versiyası ABŞ-da 79,99 dollar, Avropada isə 79,99 avroya satılır.
Ultimate Edition versiyasının qiyməti müvafiq olaraq 99,99 dollar və 99,99 avrodur.
Bununla belə, oyunun nəşri Take-Two Interactive hələlik satışlarla bağlı rəsmi statistika açıqlamayıb və layihənin yekun büdcəsini paylaşmayıb.
Sənaye analitiklərinin hesablamalarına görə, GTA VI-nın hazırlanması və marketinqinə 1–1,5 milyard dollar xərclənmiş ola bilər.
Oyunun gəlirliliyini dəqiq hesablamaq üçün PlayStation və Xbox rəqəmsal mağazalarının komissiyalarını da nəzərə almaq lazımdır.
Platformaların standart komissiyası təxminən 30% təşkil edir, lakin bu miqyasda oyunlar üçün naşirlər bəzən fərdi şərtlər əldə edə bilirlər.
Buna baxmayaraq, indiki satış həcmi GTA VI-nın fiziki nüsxələrdən gələn gəlir nəzərə alınmadan belə, ilk günlərdə istehsal xərclərini çıxarmağa yaxınlaşdığını göstərir.
Oyunun gələcək satışları üçün vacib mənbələrdən biri də PC versiyası olacaq.
Hazırda GTA VI yalnız yeni nəsil konsollarda mövcuddur.
Rockstar Games kompüter versiyasının çıxış tarixini hələ açıqlamayıb.
Seriyanın əvvəlki oyunlarında olduğu kimi, PC versiyasının konsol buraxılışından təxminən bir və ya il yarım sonra təqdim olunacağı gözlənilir.
The post GTA VI satışlardan 2,36 milyard dollar qazandı appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- "Продолжаю верить в справедливость и закон". Владислав Бакальчук раскрыл детали судебных разбирательств с бывшей женой Татьяной Ким...
- В Курской области выявили 28 случаев фиктивной регистрации иностранных граждан...
- Депутат Нилов: у пенсионеров-должников могут удержать до 70% пенсии...
- Принц Гарри и Меган Маркл не могут найти дом после переезда в США...
- "Помните про Гитлера". Ксения Собчак заявила, что не любит домашних животных...
- «Это вам не Нива»: Рендерные снимки 5-дверной Suzuki Jimny привели автомобилистов в восторг...
19:28, 17 Янв Valve CS2 ilə bir ildə 1 milyard dollardan çox qazandı Valve şirkətinin Steam sayəsində on milyardlarla dollar qazandığı heç kim üçün sirr deyil.
Mağazada şirkətin öz oyunları barmaqla sayılacaq qədər az ...
13:28, 20 Янв Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb.
Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI...
19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...
10:28, 02 Фев Apple tarixinin ən uğurlu rübünü açıqladı — ekosistemdə 2,5 milyard aktiv cihaz Apple öz tarixində ən uğurlu maliyyə rübü barədə hesabat verib və eyni zamanda ekosistem üçün əsas göstəricilərdən birini yeniləyib.
Şirkətin məlumat...
12:28, 07 Авг Apple milyard dollarlıq prosessor ehtiyatı ilə üzləşib – yaddaş çiplərinin çatışmazlığı istehsalı ləngidir Apple yeni iPhone modellərinin istehsalı ərəfəsində ciddi komponent problemi ilə üzləşib.
Mənbələrin məlumatına görə, şirkətin anbarlarında təxminən ...
Топ новости часа