İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb.
Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI Holdings şirkəti özəl investorlar tərəfindən 20 milyard dollar cəlb edib.
Bunun ardından şirkətin bazar dəyəri 250 milyard dollara yüksəlib.
Bu rəqəm Maskın ötən ilin martında süni intellekt startapı xAI-ni sosial şəbəkə X (keçmiş Twitter) ilə birləşdirərkən səsləndirdiyi 113 milyard dollarlıq qiymətləndirmədən iki dəfədən çoxdur.
Forbes-in hesablamalarına görə, sözügedən razılaşma Maskın xAI Holdings-dəki 49%-lik payının dəyərini 62 milyard dollar artıraraq 122 milyard dollara çatdırıb.
Nəticədə, dünyanın ən varlı insanı olan İlon Maskın ümumi sərvəti Forbes-un real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən rekord səviyyəyə — 780 milyard dollara yüksəlib. xAI-yə sərmayə qoyan digər tanınmış milyarderlər arasında Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid bin Talal Əl-Səud, Twitter-in ilk investorlarından biri, Twitter-in həmtəsisçisi Cek Dorsi və Oracle-ın həmtəsisçisi Larri Ellison da var.
Qeyd edək ki, Ellison 2022-ci ildə Maskın Twitter-ini 44 milyard dollara alması zamanı bu sövdələşməyə 1 milyard dollar yatırmışdı.
Forbes-un qiymətləndirməsinə əsasən, şahzadə Əl-Vəlid xAI Holdings-in 1,6%-lik payına sahibdir və bu payın dəyəri təxminən 4 milyard dollar təşkil edir.
Cek Dorsi və Larri Ellison isə hər biri 0,8% paya malikdir — bu payların hər birinin dəyəri 2,1 milyard dollar civarındadır.
Bununla da Dorsinin sərvəti 6 milyard dollara, Ellisonun sərvəti isə 241 milyard dollara yüksəlib.
The post Tarixdə belə sərvət olmayıb:
İlon Mask 800 milyard dollara yaxınlaşır appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- "Продолжаю верить в справедливость и закон". Владислав Бакальчук раскрыл детали судебных разбирательств с бывшей женой Татьяной Ким...
- В Курской области выявили 28 случаев фиктивной регистрации иностранных граждан...
- Принц Гарри и Меган Маркл не могут найти дом после переезда в США...
- Депутат Нилов: у пенсионеров-должников могут удержать до 70% пенсии...
- "Помните про Гитлера". Ксения Собчак заявила, что не любит домашних животных...
- «Это вам не Нива»: Рендерные снимки 5-дверной Suzuki Jimny привели автомобилистов в восторг...
00:28, 17 Мар İlon Mask xAI-da kütləvi dəyişikliklərə başladı İlon Mask süni intellekt startapı xAI daxilində növbəti ciddi dəyişikliklərə start verib.
Financial Times nəşrinin məlumatına görə, Mask şirkətin pro...
04:28, 29 Дек İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq İlon Mask X sosial şəbəkəsində səsləndirdiyi iddialı açıqlamada bildirib ki, onun xAI şirkəti beş ildən də az vaxt ərzində dünyadakı bütün digər data...
19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...
21:28, 23 Янв İlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa çıxarılacaq İlon Mask bəyan edib ki, süni intellekt və robotlar bəşəriyyət tarixində görünməmiş iqtisadi sıçrayış yaradacaq.
Tesla rəhbəri eyni zamanda Optimus h...
19:28, 17 Янв Valve CS2 ilə bir ildə 1 milyard dollardan çox qazandı Valve şirkətinin Steam sayəsində on milyardlarla dollar qazandığı heç kim üçün sirr deyil.
Mağazada şirkətin öz oyunları barmaqla sayılacaq qədər az ...
10:28, 02 Фев Apple tarixinin ən uğurlu rübünü açıqladı — ekosistemdə 2,5 milyard aktiv cihaz Apple öz tarixində ən uğurlu maliyyə rübü barədə hesabat verib və eyni zamanda ekosistem üçün əsas göstəricilərdən birini yeniləyib.
Şirkətin məlumat...
13:28, 17 Янв “SpaceX — xüsusi təyinatlı qüvvədir”: Mask şirkətinə niyə hamını götürmür İlon Mask bəyan edib ki, SpaceX kosmik sənayedə çalışan mütəxəssislərin cəmi 2–3%-ni işə qəbul edir.
Onun sözlərinə görə, şirkət yalnız ən güclülər a...
03:28, 30 Сен Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi İki Tesla həvəskarı və şirkətin səhmdarı İlon Maskın illər əvvəl verdiyi vədi — sürücü müdaxiləsi olmadan ABŞ-ın bir sahilindən digərinə qədər avtopi...
15:28, 06 Янв Böyük Britaniya polisi İlon Maskın Starlink peyk rabitəsinə keçə bilər Böyük Britaniyanın polis xidmətləri İlon Maskın Starlink peyk şəbəkəsindən fövqəladə rabitə üçün istifadə etməyi nəzərdən keçirir. Bu addım köhnəlmiş...
Топ новости часа