Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi

Опубликовано: 03:28, 30.09.2025

İki Tesla həvəskarı və şirkətin səhmdarı İlon Maskın illər əvvəl verdiyi vədi — sürücü müdaxiləsi olmadan ABŞ-ın bir sahilindən digərinə qədər avtopilotla səyahəti — təkrarlamağa qərar verdi. Lakin iddialı cəhd ilk 100 kilometrdə qəza ilə nəticələndi. Mask ilk dəfə bu planı 2016-cı ildə açıqlamış və 2017-ci ilin sonuna qədər Tesla avtopilotunun Los-Ancelesdən Nyu-Yorka qədər özü gedə biləcəyini bildirmişdi. Ancaq 8 il keçməsinə baxmayaraq, şirkət bu vədi yerinə yetirə bilməyib. Bəhs olunan cəhd zamanı bloqerlər Tesla Model Y avtomobilinə FSD v13.9 proqram təminatının ən son versiyasını quraşdıraraq yola çıxdılar. Lakin cəmi 96,5 km sonra elektromobil yolda olan tullantıya çırpıldı. Sərnişin maneəni əvvəlcədən görsə də, sürücü sükanı tutmadığı üçün vaxtında reaksiya verə bilmədi. Nəticədə avtomobil ciddi zədələr aldı — stabilizator dayağı və asqı elementləri qırıldı, və sınaq planlaşdırılan marşrutun cəmi 2,5%-ində dayandırıldı. Bu təcrübə göstərdi ki, real yol şəraiti hələ də çoxsaylı gözlənilməzliklərlə doludur və Tesla-nın avtopilotu onlarla müstəqil şəkildə mübarizə aparmaq səviyyəsinə çatmayıb. The post Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi appeared first on InfoCity.
Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Böyük Britaniya polisi İlon Maskın Starlink peyk rabitəsinə keçə bilər 15:28, 06 Янв Böyük Britaniya polisi İlon Maskın Starlink peyk rabitəsinə keçə bilər Böyük Britaniyanın polis xidmətləri İlon Maskın Starlink peyk şəbəkəsindən fövqəladə rabitə üçün istifadə etməyi nəzərdən keçirir. Bu addım köhnəlmiş...

Microsoft Gaming-in yeni rəhbəri oyunçuların etimadını qazana bilmədi 23:28, 24 Фев Microsoft Gaming-in yeni rəhbəri oyunçuların etimadını qazana bilmədi Ötən həftənin sonunda oyun sənayesində gözlənilməz hadisə baş verdi — Microsoft korporasiyasının oyun bölməsində rəhbərlik tamamilə dəyişdi. Fil Spen...

В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки 19:11, 06 Апр В сочетании с правильным питанием EMS-тренировки дают заметные результаты уже в короткие сроки EMS-тренировки — это новый и эффективный подход в фитнесе, который сочетает обычную физическую нагрузку с воздействием электрических импульсов на мыш...

İlon Mask xAI-da kütləvi dəyişikliklərə başladı 00:28, 17 Мар İlon Mask xAI-da kütləvi dəyişikliklərə başladı İlon Mask süni intellekt startapı xAI daxilində növbəti ciddi dəyişikliklərə start verib. Financial Times nəşrinin məlumatına görə, Mask şirkətin pro...

İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq 04:28, 29 Дек İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq İlon Mask X sosial şəbəkəsində səsləndirdiyi iddialı açıqlamada bildirib ki, onun xAI şirkəti beş ildən də az vaxt ərzində dünyadakı bütün digər data...

Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır 13:28, 20 Янв Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb. Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI...

İlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa çıxarılacaq 21:28, 23 Янв İlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa çıxarılacaq İlon Mask bəyan edib ki, süni intellekt və robotlar bəşəriyyət tarixində görünməmiş iqtisadi sıçrayış yaradacaq. Tesla rəhbəri eyni zamanda Optimus h...